ABŞ-ın Nyu-York şəhərində çimərlikdə ildırım vurması nəticəsində 6 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, insanlar çimərlikdə olarkən, qasırğa xəbərdarlığı verilib. Çimərlik işçiləri sakinləri oradan təxliyə edib.

Xəsarət alanlar arasında yeniyetmələr də var. Onlardan birinin ürəyinin dayandığı bildirilib.