Ermənistan ordusunun generalı işdən çıxarılıb.

Unikal.org xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi əsasında birinci ordu korpusunun komandanı, general-mayor Jirayr Poqosyanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki,  Poqosyan 2018-ci ilin iyun ayından bu vəzifədə çalışıb. O, Paşinyanın istefasını tələb edən hərbçilərdən biridir.