“Taliban” qiyamçıları Əfqanıstanın şərqində yerləşən Paktiya vilayətində nəzarəti ələ aldıqdan sonra koronavirusa qarşı peyvənd vurdurmağı qadağan edib.

Unikal.org xəbər verir ki, bu barədə vilayətin səhiyyə rəsmisi Vilayət Xan Əhmədzay məlumat verib.

O bildirib ki, “Taliban” vilayəti ələ keçirəndən sonra xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.