Böyük Britaniyada son sutka ərzində 100 nəfər koronavirusdan həyatını itirib. Hazırda ölkədə koronavirusdan ölənlərin ümumi sayı 130 801 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyada son sutka ərzində 32 700 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 211 868 nəfərə çatıb.