ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,01% azalaraq 1 barelə görə 70,59 dollar təşkil edib.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,94% azalaraq 68,44 dollar təşkil edib.