Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 430 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 234227-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4685 nəfərə çatıb.