Haitidə 5,9 maqnitudalı zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanların episentri 125 minə yaxın əhalisi olan Le-Ke kommunasından 35 kilometr aralıqda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Daha əvvəl ölkədə 7,2 maqnitudalı zəlzələ baş verib. Hadisə nəticəsində 304 nəfər həyatını itirib, 1 800-ə yaxın nəfər xəsarət alıb.