Avqustun 14-də axşam saatlarında Özbəkistan sərhədçiləri əfqan hərbçilərinin xahişi ilə sanitar-epidemioloji yoxlamadan keçirildikdən sonra humanist prinsipləri əsas tutaraq Əfqanıstan silahlı qüvvələrinin daha 84 hərbçisini qəbul ediblər. Onların 3-ü yaralıdır.

Unikal.org Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, yaralanan əfqan hərbçilərinə tibbi yardım göstərilib.

Hazırda Əfqanıstanla dövlət sərhədindəki “Termez-Xayraton” körpüsündə Özbəkistana keçmək üçün çox sayda əfqan hərbçi toplaşıb.

Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarının geri qaytarılması üçün danışıqlar aparır.