Xəbər verdiyimiz kimi, "Taliban" qruplaşması Əfqanıstanın paytaxtı Kabili ələ keçirib.
Unikal.org xəbər verir ki, paytaxt sakinləri, o cümlədən, ölkə rəhbərləri belə Əfqanıstanı tərk etməyə başlayıb. "Taliban" isə məşhur şəxslərin evlərini ələ keçirərək, həmin yerdən görüntülər paylaşırlar.
Belə görüntülərdən biri də, türklərin yaxın dostu, tanınmış general Əbdül Rəşid Dostumun villasıdır. Həmin anları sosial mediada paylaşan "Taliban" qruplaşması villanı viran etdiklərini və Dostumun qaçdığını bildiriblər.
Məlumata görə, Özbək əslli Əfqanıstan generalı Əbdül Rəşid Dostum "Taliban"ın Kabilə girməsindən sonra Özbəkistana qaçıb.
Gülayə Mecid