Macarıstanın paytaxtı Budapeştdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, sərnişin dolu avtobus qəza törədib. Belə ki, sürücü avtobusu magistral yolda idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfərə isə ağır yaralanıb.
Qəza yerinə xilasedici qüvvələr cəlb olunub.
Gülayə Mecid