Bursadan gələn görüntülər hər kəsin marağına səbəb olub.  

Unikal.org xəbər verir ki, meşə yanğınlarında minlərlə  ağacın  məhvindən sonra,  insanlar təbiəti yenidən canlandırmaq üçün fidan əkiminə  başlayıblar.  Belə  ki,  əkin zamanı bursalı  teatr aktyoru Bəxtiyar Keskin fidanla birlikdə özünü torpağa basdırıb.  

Aktyorun bu hərəkəti insanların marağına səbəb olub.  O, "Biz də  bir fidanıq,  onların da yaşamağa ehtiyacı var",- deyərək, insanları  ağac əkməyə təşviq edib. 

Gülayə  Mecid