Filippin hökumət qoşunları ölkənin mərkəzindəki Şərqi Samar əyalətində təşkil etdiyi hərbi əməliyyatda 16 silahlı üsyançını öldürüb.

Unikal.org xəbər verir ki, bu barədə Filippin Silahlı Qüvvələrinin sözçüsü bazar ertəsi günü məlumat verib. 

Polkovnik Ramon Zaqala, əsgərlərin Dolores qəsəbəsində Yeni Xalq Ordusu üsyançılarına qarşı "quru, hava və dəniz əməliyyatları" keçirdiklərini, bunun nəticəsində üsyançıların bir qisminin zərərsizləşdirildiyini qeyd edib: 

"Əsgərlərimiz partlayıcı maddələr istehsal edən terrorçuların sığınacağına hücum edib". 

Bildirilib ki, əməliyyat nəticəsində 19 ədəd güclü silah ələ keçirilib. Digər məlumatların isə "əməliyyat təhlükəsizliyi" səbəbilə daha sonra açıqlanacağı qeyd edilib. 

Ağarza Elçinoğlu