Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmışa hökm oxunub.

Unikal.org “Russia Today”ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə K.Yarmış 1,5 il müddətinə azadlıqdan məhrum olunub.

O, 2021-ci ilin yanvarında Moskvada keçirilmiş aksiyalarda əhalini sanitar normaları pozmağa çağırmaqda təqsirli bilinib.