Nigeriyanın Zamfara əyalətində yerləşən "Aqrar" kollecə silahlı hücum edilib.
Unikal.org xəbər verir ki, bu barədə kollecin nümayəndəsi Aliyu Bakura açıqlama verib.
O, bildirib ki, naməlum şəxslər tərəfindən edilən silahlı hücumda 1 polis və 3 mühafizəçi öldürülüb, ən az 15 tələbə qaçırılıb.
Qeyd edək ki, yanvar ayından bəri Nigeriyanın 5 əyalətində çox sayda tələbə qaçırıldığı üçün təhsil dayandırılıb.
Ağarza Elçinoğlu