Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Unikal.org xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada, Donbasın Zolotoye 4, Vodiyane, Şirokino, Novomihaylovka və Prisepilovka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü bildirilib. Həmçinin ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub.  Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 5 dəfə pozduğunu açıqlayıb.

Gülayə  Mecid