Haitidə avqustun 14-də 7,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1419-a çatıb, yaralıların sayı isə 6900-ü keçib.

Unikal.org xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi yeni məlumat yayıb.

Rəsmilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.