Türkiyənin Samsun şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 41 yaşlı E. A adlı kişi 16 yaşlı əmisi qız ilə evlənə bilməyincə qətl törədib. Belə ki, əmisinin evinə gələrək, onları təhdid etməyə başlayıb. Qızın anası kişini evdən qovsa da, hirsi soyumayan kişi geri qayıdaraq, onları bıçaqlayıb. Belə ki, qızın anasını qətlə yetirən E.A daha sonra yeniyetməyə hücum edib. Nəticədə qız ağır yaralanıb.
Şəxs isə polis tərəfindən saxlanılıb. O cinayəti etiraf edərək, qızla evlənmək istədiyini dilə gətirib. Qeyd edək ki, 41 yaşlı E.A şəxs evlidir və onun 3 uşağı var.
Gülayə Mecid