Fransanın cənub-şərqində yerləşən Var departamentində güclü meşə yanğınları başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen məlumat yayıb.

Yerli sakinlərə yanğının olduğu ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edilib. Minlərlə insan yanğın təhlükəs olan yerlərdən təxliyə edilib. 

Alovla mübarizəyə 750-dən çox yanğınsöndürən və texnika cəlb edilib. Onlar gərgin relyefdə və yüksək temperaturda çalışırlar. 

Ağarza Elçinoğlu