İranda ötən sutka ərzində 625 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

Bununla da, İranda bu virusdan ölənlərin sayı 99 108 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 50 228 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4 517 243 nəfərə çatıb.