"Taliban" hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə səsləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sözügedən hərəkatın nümayəndəsi bildirib.
"Biz qadınların qurban olmasını istəmirik", - deyə hərəkatın nümayəndəsi açıqlamasında qeyd edib.
Qeyd edək ki, "Taliban" hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrinin 90%-dən çoxunu tutub.
Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb.
Ağarza Elçinoğlu