Kabil şəhərində atışma zamanı 3 nəfər həlak olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-a məxsus helikopter paytaxtın Deh-Dabz adlı ərazisinin üzərindən uçarkən atəş açıb. 

Məlumata əsasən, insident zamanı daha 10 nəfər xəsarət alıb. Atəşin hansı səbəbdən açıldığı haqda əlavə məlumat hələ ki, yoxdur.   

Kabildə olan ABŞ nümayəndələri də məsələ ilə bağlı açıqlama verməyib.

Ağarza Elçinoğlu