"Taliban" radikal qruplaşması Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hava limanının avqustun 21-dən etibarən yenidən vətəndaşlar üçün açıq elan ediləcəyi bildirilib.
Bununla yanaşı, qeyd olunur ki, "Taliban" yaraqlılarının bir qrupu artıq hava limanının binasındadır.
Bildirilib ki, taliblər hava limanının ətrafına toplanmış sakinləri ərazidən uzaqlaşdırmaq üçün havaya bir neçə dəfə atəş açıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Kabil hava limanından bütün kommersiya uçuşları da ləğv edilib.
Ağarza Elçinoğlu