Əfqanıstanın paytaxtı Kabildə Prezident Sarayının qarşısına toplaşan 4 qadın, "Taliban"a etiraz edib.
Unikal.org xəbər verir ki, sosial mediada paylaşılan görüntüdə, 4 qadının etiraz etdiyi və "Taliban" əsgərlərinin qadınlara müdaxilə etmədiyi görülüb.
Belə ki, "Taliban"lara hüquqlarının verilməsini tələb edən qadınlar, "Öz hüquqlarımızı istəyirik. Sosial və siyasi təhlükəsizliyin təmin edilməsini, iş və təhsil haqqımızın verilməsini istəyirik" deyə yazılı plakatlarla etirazlarını bildiriblər.
Gülayə Mecid