Bir neçə gündür Yaponiyada davam edən güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, təbii hadisə zamanı 3 nəfər itkin düşüb. Təbii hadisədən ən çox Saqu və Naqano bölgələri da daxil olmaqla, Küsü adası ziyan çəkib.
Hazırda leysan yağışlardan zərər çəkən regionlarda torpaq sürüşmələri və çay daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.
Qeyd edək ki, Yaponiyada güclü yağışlar ötən həftənin sonunda və bu həftənin əvvəlində yağıb və bir neçə gündür ki, davam edir.
Ağarza Elçinoğlu