Portuqaliya millisinin və İtaliyanın "Yuventus" futbol klubunun oyunçusu Kriştiano Ronaldo yeni klinika açıb.

Unikal.org xəbər verir ki, sözügedən tibb müəssisəsi İspaniyanın Marbelya şəhərində fəaliyyət göstərir.

Bildirilib ki, saç nəqli üzrə ixtisaslaşan klinika, "İnsparya" şirkəti ilə əməkdaşlıq çərçivəsində açılıb. Burada 15 əməliyyat kabinetində 100 mütəxəssis çalışacaq.

Klinikada bir prosedur 6 saata yaxın davam edir. Bunun qiyməti isə 4600-8200 avrodur.

Qeyd edək ki, klinikanın Madrid filialının yarısı da Ronaldoya məxsusdur.

Ağarza Elçinoğlu