"Merilin Monra" ləqəbi ilə tanınan türkiyəli Melek Karahan mağazasının qarşısında oturan dilənçi qızla mübahisə edib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, gənc qadın qızı iş yerinin qapısından qovsa da, dilənçi buna razı olmayıb. Belə ki,onlar arasında yaranan mübahisə davaya çevrilib. "Merilin Monra" qıza zorakılıq tətbiq edərək, ərazidən uzaqlaşdırıb. Ətrafdakı insanlar onu sakitləşdirməyə çalışsa da, o insanları belə təhqir edib.