Ermənistanda daha 504 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 235 675-ə çatıb.

Son sutkada koronavirusdan 3 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 716-ya yüksəlib.

Koronavirusa yoluxan 223 227 nəfər sağalıb. Hazırda 6 593 pasiyent müalicə olunur.