Təxminən 20 nəfərlik etirazçı qrupu, çərşənbə axşamı Edinburq qalasına girib.
Unikal.org xəbər verir ki, onlar Maqna Karta-nın 61-ci maddəsinin pozulmasına əsasən "əlamətdar yer" adlandırdıqları ərazini tutublar.
Nümayişçilər qala ərazisinə girərkən ictimaiyyət nümayəndələri təxliyə edilib. Şotlandiya polisi zabitlərin etiraz aksiyası ilə məşğul olduğunu bildirib.
Etirazçılar qalanın xalqa aid olduğunu qeyd edib. Onlar, xalqa ömrü boyu yalan danışıldığını iddia edərək qanunun aliliyini bərpa etmək qərarına gəliblər:
"Qala xalqa məxsus olduğu üçün onu geri aldıq.
Xəyanət uzun müddətdir davam edir, oturub hamının axmaq qanunvericilik və saxtakar hökumət zülmü altında ölməsinə icazə verə bilmərik, buna görə də yalnız qala deyil, hər şeyi geri alacağıq".
Ağarza Elçinoğlu