Perunun xarici işlər naziri Hektor Bejar 19 gün əvvəl təyin olunduğunu vəzifəsindən istefa verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkədə mübahisə yaradan terrorizmlə bağlı açıqlamaları olub. Belə ki, Bejar, Konqres və Silahlı Qüvvələrin terrorla bağlı açıqlamalarına reaksiya verib. Buna görə də bir qrup etirazçı gün ərzində Xarici İşlər Nazirliyinin yerləşdiyi Torre Tagle Sarayının qarşısına toplaşaraq Bejarın istefasını tələb edib.
O, bundan sonra prezidentə istefa ərizəsini təqdim edib.
Gülayə Mecid