COVID-19-dan sağalan xəstələrdə ağciyər xərçəngi riski var.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Adıçəkilən həkim bildirib ki, koronavirus infeksiyasına yoluxanların əksəriyyətində (90 faizində) kəskin tənəffüs yolu xəstəliyinin simptomlarına rast gəlinir:

"Ağciyərlər təsirlənmir və heç bir fibrozdan (ağciyərlərdə yara izlərinin əmələ gəlməsi) söhbət gedə bilməz". 

Həkimin sözlərinə görə, qalan insanlarda xəstəlik ağır keçir ki, bu da riskləri artırır. O, bildirib ki, nadir hallarda da olsa koronavirus keçirənlərin ağciyərlərində bəzən çapıq toxumasının əmələ gəlməsi prosesi müşahidə olunur.

"Ağciyər fibrozu ağciyər xərçəngi riskini 8-14 dəfə artırır", - deyə mütəxəssis vurğulayıb.

Ağarza Elçinoğlu