ABŞ Hava Qüvvələri Kabildən havaya qalxan hərbi yük təyyarəsinin eniş mexanizmində insan cəsədi qalıqlarının olduğunu təsdiqləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hava Qüvvələri paytaxtdan təxliyə məqsədilə havaya qalxan "C-17" tipli hərbi yük təyyarəsinin kənar hissələrindən tutaraq ölkədən qaçmağa çalışan əfqanlarla bağlı araşdırma başladıb.
Neçə nəfərin həlak olduğu barədə dəqiq məlumat verilməsə də, ABŞ hərbi yük təyyarəsinin eniş mexanizmində insan cəsədinin hissələrinin olduğu faktını təsdiq edib və əfqanların həlak olması faktını araşdırdığını elan edib.
Qeyd edək ki, ölkədən qaçmağa çalışan bir əfqanın cəsədi Kabildən havaya qalxan "C-17" hərbi-nəqliyyat təyyarəsinin şassi hissəsində aşkarlanıb.
Ağarza Elçinoğlu