Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani paytaxt Dohada Talibanın Qətər Siyasi Bürosunun rəhbəri Molla Əbdül Qani Braderlə görüşüb.
Unikal.org xəbər verir ki, bununla bağlı xarici işlər naziri sosial media hesabında paylaşım edib.
“Bu səhər Dohada Taliban heyəti ilə görüşdük. Dinc bir keçid prosesinin qurulmasının, Əfqanıstanda istənilən sabitliyin hərtərəfli siyasi razılaşma yolu ilə həll edilməsinin zəruriliyini müzakirə etdik", - deyə paylaşımda bildirilib.
Gülayə Mecid