Pakistanın Əfqanıstandakı səfiri Mansur Əhməd Xan Kabilə geri qayıdıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstanda artıq sülh var. Buna görə də Pakistan səfiri "Torxam"  sərhəd-keçid məntəqəsindən keçməklə Əfqanıstana qayıdıb.

Nazir sərhədlərdə vəziyyətin normal olduğunu və 800 yük maşınının Əfqanıstana keçdiyini bildirib.

Ağarza Elçinoğlu