Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Yeraltı təkan Rixter şkalası ilə 6,8 balla qiymətləndirilib. Bildirilib ki, zəlzələnin ocağı Port-Orlidən 16 kilometr şimal-qərbdə, yerin 91 kilometr dərinliyində yerləşib. Fəsadlarla bağlı məlumat verilməyib.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.