Myanmar təhlükəsizlik qüvvələrinin fevral çevrilişindən sonra həyata keçirdikləri şiddətli basqılar 1000-dən çox adamın ölümünə səbəb olub.
Unikal.org xəbər verir ki, ordunun altı aydan çox hakimiyyətdə qaldıqdan sonra öz hökmranlığından əl çəkmədiyi bildirilib.
Bildirilib ki, hərbçi və polislər də hücum hədəfinə çevrilib. Təkcə şənbə günü ölkənin ən böyük şəhəri Yanqonda 5 polis məmuru qatarda olarkən naməlum şəxs tərəfindən güllələnib.
Qeyd edək ki, fevralın 1-də demokratik yolla seçilmiş hökumət hərbçilər tərəfindən devirdikdən dərhal sonra bütün ölkədə baş verən etirazlar zamanı, bir çox çevriliş əleyhdarları və digər mülki şəxslər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Ağarza Elçinoğlu