Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının üzvləri bu gün İrəvanda olan Qarabağ separatçılarının başçısı Arayik Arutunyanla görüşüblər.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə adıçəkilən fraksiyadan bildirilib.
Lakin separatçı Arayik Arutunyanla parlamentdə baş tutan görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.
Digər xəbərə görə, hökumətyönlü deputatlar Qarabağdakı hazırkı vəziyyətin necə olduğunu şəxsən Arutunyandan öyrənmək istədiklərinə görə onu paytaxta dəvət ediblər.
Ağarza Elçinoğlu