“Əfqanıstandakı hərbiçilərimiz üçün təhlükə müzakirə mövzusu deyil, onların təhlükəsizliyi üçün lazımı tədbirlər görülüb və bu təbirlərimiz davam edir”.
Unikal.org Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “İDEF2021 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində bildirib.
Nazir deyib ki, Əfqanıstanda vəziyyət hər an dəyişə bilər, Türkiyə prosesi izləyir: “Hər hansı bir fərqli vəziyyət yaranarsa, lazım olan planı tətbiq etməyə hazırıq”.
H.Akarın sözlərinə görə, Türkiyə vətəndaşlarının bəzilərinin təxliyəsinə artıq başlanılıb “Təxliyə hava qüvvələrimizin təyyarələri ilə icra olunur”.