Almaniya Kansleri Angela Merkelin 20 avqustda Moskvaya səfəri çərçivəsində Əfqanıstan, Belarus və Ukrayna barədə müzakirələr aparacağı bildirilib.
Unikal.org xəbər verir ki, bu barədə Almaniya Hökumətinin sözçüsü Stefen Seibert məlumat verib.
"Bu, şübhəsiz ki, əsas beynəlxalq məsələlərlə bağlı olacaq: Ukraynanın şərqində Rusiya ilə münaqişələr və Belarus məsələsi.
Əfqanıstana gəlincə isə, bunun müzakirə edilməsini gözləyirəm", - deyə Seibert açıqlama verib.
Ağarza Elçinoğlu