Fransanın cənub şərqində davam edən meşə yanğınlarında iki nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Unikal.org RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, Var departamentinin hakimiyyət orqanlarından bildirib ki, xəsarət alanlardan 5-i yanğınsöndürəndir.

Departamentin prefekti Evans Rişar BFMTV-yə açıqlamasında iki nəfərin yanğınların qurbanı olduğunu deyib.