"Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Əfqanıstanın yaxşı və pis günündə yanında olmaq vəfa borcumuz və qardaşlığımızın tələbidir".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Daha əvvəl də Taliban liderlərini qəbul edə biləcəyimizi bildirmişik. Bu mövqeyi bu gün də qoruyuruq. Taliban rəhbərlərinin mülayim bəyanatlarını alqışlayırıq. Əfqan xalqının hüzuru, bu ölkədə yaşayan türk soydaşlarımızın rifahı və ölkəmizin maraqları naminə hər cür əməkdaşlığa hazırıq.
Oradakı əsgərlərimizi heç vaxt xüsusi bir güc olaraq görmədik və istifadə etmədik. Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq aləmdəki gücünü gücləndirəcək və işini asanlaşdıracaq",- deyə Türkiyə lideri bildirib.
Ərdoğan Əfqanıstandan ümumilikdə 552 Türkiyə vətəndaşının təxliyə edildiyini qeyd edib.