Türkiyənin Adana şəhərində 19 yaşlı Hüseyin Ömer Uğurludoğan adlı gəncin başına iş gəlib.
Unikal.org xəbər verir ki, gənc oğlan getdiyi idman zallarının birində davamlı olaraq, protein tozu qəbul edirmiş. Bundan sonra Hüseyn səhhətində problemlərin yarandığını görüb. O, həkimə müraciət edəndə artıq hər şeyin gec olduğunu öyrənib.
Belə ki, nənəsi ilə birlikdə yaşayan Hüseyn iflic olub. Günü-gündən vəziyyəti ağırlaşan gənc oğlanın nənəsi isə idman zalını günahlandırıb. O, bununla yanaşı polisə şikayət edərək, idman zalllarında protein tozu verərək, gəncləri məhv etdiklərini dilə gətirib.
Gülayə Mecid