Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, fərmana əsasən, Ermənistan parlamentinin sabiq spikeri Ararat Mirzoyan yeni xarici işlər naziri təyin edilib.
Qeyd edək ki, Ararat Mirzoyandan əvvəl Ara Ayvazyan XİN rəhbəri olub. O, bir neçə ay öncə vəzifəsindən istefa vermişdi.
Gülayə Mecid