Gürcüstanda ötən sutkada koronavirusa 4 921 yeni yoluxma halı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb, 58 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 501 297 nəfər yoluxub. Onların 436 977-si sağalıb, 6 590-ı dünyasını dəyişib.
Aktiv xəstə sayı 57 704 nəfərdir.