Fransa polisi ölkənin Daxili İşlər Nazirliyinin əmri ilə 60-a qədər miqranta qarşı güc tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə qeyri-hökumət təşkilatı məlumat verib və rəsmi "Twitter" hesabında insidentlə bağlı video paylaşıb.
Məlumata əsasən, Fransa polisi içərisində əfqanlar da olan 60-a yaxın miqrantı gözyaşardıcı qaz və dəyənəklərlə Paris şəhərindən çıxarıb.
Bildirilib ki, sözügedən şəxslərə sığınacaq imkanı verilmir və onlar günlərlə, bəlkə də aylarla sığınacaq istəklərinin araşdırılmasını gözləyir.
Ağarza Elçinoğlu