Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni hərbçilərin qəbirləri ilə bağlı yeni qalmaqal yaşanıb.

Unikal.org xəbər verir ki, Ermənistan mediası Yerablur hərbi panteonunda basdırılmış əsgərlərin qəbirlərinin üstünün betonla örtülməsindən yazıb.

Belə  ki,  müxalifyönlü saytlar hərbi panteonun uctantutma betonlanmasını əks etdirən fotoları da dərc ediblər. Həmçinin də, tanınmış erməni ictimai fəal Areq Barseqyan isə jurnalistlərə verdiyi açıqlamada ölkədə yeni hiyləgər oyunun oynanıldığını iddia edib.

Lakin Ermənistan hökuməti bununlanbağlı heç bir  açıqlama verməyib.