20 ildən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanlar yeni dövrün başlandığını bütün dünyaya çatdırırlar.
Unikal.org-un məlumatına görə, Taliban hakimiyyətini qurduğu torpaqlarda 1 trilyon dollar dəyərində sərvətə də sahib olub.
Belə ki, Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri kimi göstərilir. Lakin ABŞ hərbi rəsmiləri və geoloqlarının araşdırmalarına görə, ölkənin təxminən 1 trilyon dollar dəyərində mineral yataqlarına malik olduğunu bildirib. Bu yataqlar iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir.
Nadir torpaq minerallarına sahib olan ölkədə dünyanın ən böyük litium yataqları belə var.
Sözügedən maddənin enerji əldə edilə bilən batareyalarda istifadə edildiyini xatırladan "CNN International", bunu "iqlim böhranı ilə mübarizədə həyati, lakin nadir bir maddə" olaraq xarakterizə edib. Ölkələr karbon emissiyalarını azaltmaq üçün elektrikli avtomobillərə və digər təmiz texnologiyalara keçmək istədikcə, neodim kimi nadir torpaq elementlərinə, həmçinin litium və kobalt kimi metallara tələbat artır.
Beynəlxalq Enerji Agentliyi, qlobal litium, mis, nikel, kobalt və nadir torpaq elementlərinin tədarükünün sürətlə azalmasını dünyaya çatdırıb. Bu tədarüklərin Əfqanıstanda yerləşməsi isə alimləri daha da narahat edib.
Elm adamı Rod Schoonoverun "CNN International"a açıqlaması xüsusi diqqət çəkib:
"Əfqanıstan, ənənəvi qiymətli metallar baxımından, şübhəsiz ki, ən zəngin bölgələrdən biridir. Bu zənginliyin 21-ci əsrdə yüksəliş tendensiyasında olan minerallar üçün keçərli olduğunu vurğulamaq lazımdır. Təhlükəsizlik problemləri, infrastrukturun olmaması və şiddətli quraqlıq, keçmişdə ən qiymətli mineralların çıxarılmasını əngəlləmişdir. Bu, Taliban nəzarətində olan qısa müddətdə də dəyişməyəcək. Yenə də mən xaosa baxmayaraq bu ölkəyə sərmayə qoya biləcək Çin, Pakistan və Hindistan kimi ölkələrin adını sadalaya bilərəm".
Gülayə Mecid