Rusiyada son sutkada daha 21 058 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 684 531 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 791 nəfər artaraq 173 700-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 5 963 054 nəfər sağalıb.