Türkiyənin Zonquldak ərazisində 67 yaşlı Murat Kuranı 9 dəfə güllələyərək öldürən Ərdoğan Kösepınar törətdiyi cinayəti etiraf edib.
Unikal.org xəbər verir ki, 2020-ci ildə baş verən cinayətin üstü tam bir ildən sonra açılıb. Belə ki, məhkəməyə gətirilən 55 yaşlı Ərdoğan Kösepınar özünü "İmam Mehdi" kimi təqdim edib.
O,insanların buna inanmadığını, hətta onun "Dəli" adlandıranlarını şeytan deyərək öldürüb. Zonquldak sakini olan Murat Kuran da bunun qurabnı olub. O, keçən ilin oktyabrında Almaniyadan kəndinə gəlib. Gəldiyi ilk günlərdən Ərdoğanla arasında nifaq yaranıb. Murat həmkəndlisinin "İmam Mehdi" olduğuna inanmayaraq, irad bildirib. Bundan sonra Ərdoğan, Muratı "şeytan" adlandırıb. Bu səbəblə də, Ərdoğan Muratın evinə gedərək, ona 9 dəfə atəş açıb. Murat Kuran hadisə yerindəcə keçinib.
Ərdoğan Kösepınar isə polis tərəfindən saxlanılıb. O, dəfələrlə sorğu edilsə də, cinayəti bir ildən sonra etiraf edib.
Gülayə Mecid