ABŞ-ın Şimali Karolina ştatında güclü daşqınlar nəticəsində azı 35 nəfər itkin düşüb.
Unikal.org "CNN"ə istinadən xəbər verir ki, daşqınların yaranmasına səbəb "Fred" tropik qasırğası olub.
Həmçinin bildirilib ki, itkin düşən şəxslərin tapılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qasırğadan ən çox zərər görmüş bölgələrə hava və quru xilasediciləri göndərilib.
Bununla yanaşı, hazırda 50-dən çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Eşvill şəhərindən qərbdə körpülər və yollar bağlanılıb.
Ağarza Elçinoğlu