“MSK çox ciddi bir orqandır. Biz seçkilərin keçirilməsinin məsuliyyətinin nə qədər yüksək olduğunu bilirik”.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK heç bir orqandan asılı olmayan bir qurumdur.